Dizayn

1. “Dizayn” kafedrası Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Memarlıq və Dizayn” fakültəsinin əsas tədris elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki və elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması, təhsil alanlar arasında yenidən işlərini həyata keçirir.

2. “Dizayn” kafedrasının kollektivi Azərbaycan Respublikası qanunvericiliyinə, Təhsil Qanununa, ali məktəblər haqqında Əsasnaməyə, ali məktəbin Nizamnaməsinə, ali təhsil müəssisəsinin professor-müəllim heyətinin vəzifələrə seçilməsi və bu Əsasnaməyə uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir.

3. Kafedraya rəhbərlik kafedra müdiri dosent Dadaşov Faiq Nadir oglu  tərəfindən həyata keçirilir.

4. “Dizayn”  kafedrasının kollektiv idarəetmə orqanı onun iclasında öz səlahiyyətlərini həyata keçirən kafedra kollektividir. Kafedra iclaslarının tərkibi müzakirə olunan məsələlərə əsasən müəyyən edilir.

Kafedra iclaslar zərurət olduqda, ancaq bir dəfədən gec olmayaraq (məzuniyyət dövrü istisna olunmaqla) çağrılır.

5. “Dizayn” kafedrasının tərkibinə kafedra müdiri, professorlar, dosentlər, məsləhətçilər, baş müəllim, müəllim və assistentlər, elmi işçilər, aspirantlar, digər kateqoriyadan olan işçilər daxildirlər.

6. Kafedranın əsas vəzifələri:

7. “Dizayn” kafedrasında 16 professor-müəllim (o cümlədən, 3 nəfər elmi dərəcəyə malik) olduqda yaradılıb. Kafedranın illik tədris yükü 12081 min saat təşkil edir.

8. Kafedra iclaslarına digər ali məkrəblərin, elmi-tədqiqat institutlarının, müəssisə və təşkilatların işçiləri də dəvət oluna bilər.

Kafedra iclaslarında aşağıdakı məsələlər müzakirə və təsdiq edilir:

10. “Dizayn” kafedrasının qarşısında duran vəzifələri yerinə yetirmək üçün öz səlahiyyətləri daxilində digər məsələləri də müzakirə edib müvafiq qərar çıxara bilər.

Kafedra iclasında qəbul olunan qərarlar barədə fakültənin elmi şurasına, zərurət olduqda isə ali məktəb rektorluğuna və elmi şurasına məlumat verir.

11. Kafedra iclaslarında aşağıdakı məsələlər barədə təklif, tövsiyə və ya təqdimat qəbul edilir:

12. Kafedra iclaslarında qərarlar açıq və gizli səsveermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir.

Tədris-metodiki məsələlərin və kafedra əməkdaşlarının işə qəbul olunanlar haqqında təqdimatların müzakirəsi zamanı tədris-tərbiyə prosesində şəxsən iştirak edən kafedra üzvləri həlledici səsə malikdirlər.

Qərarlar qəbul edilərkən kafedra üzvlərindən birinin təklifi ilə gizli səsvermə aparıla bilər.

13. Kafedra müdiri: dosent Faiq Nadir oğlu Dadaşov

14. “Dizayn” kafedrasının müdiri müxtəlif sahələr üzrə (tədris, elm, tərbiyə və s.) müavinləri mövcud qaydada seçilir.

15. Kafedra mövcud qaydada ali məktəb (fakültə) elmi şurasının təqdimatına əsasən rektorun əmri ilə yaradılır və ləğv edilir.

16. Kafedranın professor-müəllim və elmi heyərinin vəzifələrə seçilməsi bir qayda olaraq mövcud əssnaməyə uyğun müsabiqə yolu ilə həyata keçirilir.

17. Kafedra kargüzarlığı mövcud qaydada təsdiq edilmiş nomenklaturaya uyğun olaraq aparılır.

18. Kafedranın və onun tərkibindəki digər struktur qurumların Əsasnaməsi Ali məktəb haqqında Əsasnaməyə, bu Əsasnaməyə uyğun olaraq hazırlanır və ali məktəbin elmi şurası tərəfindən təsdiq edilir.



İxtisaslar