Geyim dizaynı

2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində “Geyim dizaynı” kafedrası yaradılmışdır. Kafedra müdiri Nazim Yunusov təyin olunmuşdur. Həmin vaxt altı müəllim heyəti ilə kafedra fəaliyyətə başlamışdır. Hal-hazırda “Geyim dizaynı” kafedrasında doqquz müəllim heyəti çalışır. Onlardan 1 – Fəlsəfə doktoru, 5 – Dosent, , 3 – müəllim, 1 – 0,5 ştat müəllim çalışır. Hazırki kafedra müdiri dosent Yunusov Nazim Rzaqulu oğludur.

Artıq tələbələrimiz Azərbaycan və xarici ölkələrin müxtəlif ixtisas üzrə təhsil ocaqlarında fəaliyyət göstərirlər. “Geyim dizaynı” kafedrasının müəllimləri “Geyim üzrə dizayner” ixtisasında dərs tədris edirlər. Hal hazırda “Geyim üzrə dizayner” ixtisasında 82 tələbə təhsil alır. Tələbələrimiz beynəlxalq müsabiqələrdə müvəffəqiyyətlə iştirak edir. “Geyim dizaynı”  kafedrasının əsas məqsədi bu günün tələblərinə cavab verəbilən yüksək səviyyəli, peşəkar geyim üzrə dizayner ixtisaslarına tələbələrin hazırlanmasıdır. Akademiyanın rektoru akademik Ö.H. Eldarovun tövsiyəsi ilə gənc məzunlar pedaqoji fəaliyyətə cəlb olunmuşlar.