Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ tətbiqi sənət” fakültəsində fəaliyyət göstərən kafedralardan biri də “Bədii keramika, şüşə və metal” kafedrasıdır. Kafedra 2013-cü ildən yaradılmışdır. Kafedranın müdiri dosent Saleh Rza oğlu Məmmədovdur.
Kafedrada 3 ixtisas üzrə fənnlər tədris olunur: “Bədii keramika”, Bədii şüşə”, “Bədii metal”.
“Bədii keramika, şüşə və metal” kafedrasında aşağıdakı fənnlər tədris olunur:
- “Kompozisiyanın əsasları və layihə qrafikası”
- “ İxtisas üzrə stilizə və dekor”
- “ İxtisas üzrə layihələndirmə və konstruktivləşdirmə”
- “ İxtisas üzrə materialda iş”
- “ İxtisas üzrə material texnologiyası”
- “ Bədii keramikada plastik modelləşdirmə”
- “ Bədii şüşədə plastik modelləşdirmə”
- “Bədii metalda plastik modelləşdirmə”
- “İxtisas üzrə incəsənət tarixi
- “Xüsusi rəngkarlıq”
- “Tədris yaradıcılıq təcrübəsi”
Kafedrada hal-hazırda tam ştat üzrə 10 müəllim dərs deyir. Onlardan 4 nəfər dosent, 6 nəfəri isə baş müəllim kimi çalışır. Bundan əlavə kafedrada 1 kabinet müdiri , 1 baş laborant, 1 emalatxana müdiri, 1 tədris ustası çalışır.
Hər il professor müəllim heyəti plana əsasən elmi tədqiqat və yaradıcılıq işləri üzrə çalışırlar. Tədrisin səviyyəsini yüksəltmək məqsədilə bütün fənn proqramları təkminləşdirilərək standartlara uyğun yenidən işlənilir.
Fənn proqramları kredit sisteminə uyğun tərtib olunur.
Kafedranın professor-müəllim heyəti Respublikamızda və bir sıra xarici ölkələrdə il boyu keçirilən sərgilərdə daim iştirak edirlər.
“Bədii keramika, şüşə və metal “ kafedrasının müdiri dosent S.R.Məmmədov