Новости

13 сент.

Новость

Bu gün Əməkdar rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tədris və Tərbiyə işləri prorektoru Azad Zeynalovun doğum günüdür

Bu gün Əməkdar rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tədris və Tərbiyə işləri prorektoru Azad Zeynalovun doğum günüdür. Heykəltəraş Azad Zeynalovun yaradıcılığını əsasən monumental və dəzgah heykəltəraşlığı, memorial-xatirə abidələri təşkil edir. Onun diplom işi  “Vaqif Mustafazadə”nin  heykəli olmuşdur. 
O, müxtəlif dövrlərdə General Akim Abbasovun xatirə lövhəsi, akademik Yusif Məmmədəliyevin yubiley medalının, Ağdaş və Xızı rayonlarındakı ümummilli lider Heydər Əliyevin abidələrinin, Rəsul Rzanın, Xəyyam Mirzəzadənin portreti və digər əsərlərin müəllifidir. 
Azad Zeynalovun yaradıcılığında müstəqillik illərində işlədiyi “Bəstəkar Xəyyam Mirzəzadə”, “Sevinc”, “Tənha qadın” və s. əsərlərin müəllifidir. Heykəltəraş memorial xatirə sahəsində Xalq artisti Firəngiz Əhmədovanın və Xalq rəssamı Yusif Hüseynovun qəbirüstü abidələrinin müəllifidir.
Heykəltəraşın əsərləri Rusiya, Çexiya, Bolqarıstan, Polşa, Fransa, İtaliya, Türkiyə, Almaniya və başqa ölkələrdə uğurla nümayiş edilib. Onun əsərləri Türkiyə, Rusiya və Almaniyanın muzey və şəxsi kolleksiyalarında saxlanılır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kollektivi dəyərli prorektorumuzu təbrik edir və yeni yaradıcılıq uğurları arzulayır.