Новости

15 Oct

Новость

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda Səfirinin Rektor Akademik Ömər Eldarovla görüşü.

Oktyabr ayının 14 də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda Fövqəladə və Səlahiyyətli Səfiri Mohamed Alqubaisi Akademiyanın gonağı olmuşdu.Gonağı Rəssamlıq Akademiyasının rektoru akademik Ömər Eldarov gəbul edib.Cənab Səfir Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə Səfirliyin incəsənət sahəsində əlaqələrin inkişaf etdirmək niyyətində olduqları bildirdi.Belə ki,2 dekabr ,2019 -cu il tarixdə Birləşmiş Ərəb Əmirliklərinin 48-ci Milli gün bayramı münasibətilə hər il olduğu kimi möhtəşəm tədbir keçirələcək.Səfir 2019-cu il BƏƏ-də Tolerantlıq ili olaraq qeyd olunduğundan və möhtəşəm qlobal tədbir olan EXPO 2020-in Birləşmiş Ərəb Əmirliklərində keçirilməsini nəzərə alaraq,Akademiyadakı tələbələrdən tolerantlıgı və EXPO 2020 təcəssüm etdirən sənət əsərləri bu tədbirdə nümayiş olunmasını rektor Ömər Eldarovdan xahiş etdi.Görüşdə iştirak edən Akademiyanın Beynəlxalq Ələqələr üzrə prorektoru professor Səlhab Məmmədov lahiyyə ilə əlagədar bir sıra maraglı təkliflər irəli sürdü.