Новости

08 Nov

Новость

"Berlin divarının sökülməsinin 30 illik ildönümü" mövzusunda sərgi müsabiqə

Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını və Almaniyanın Bakıdakı səfirliyi ilə  birlikdə "Berlin divarının sökülməsinin 30 illik ildönümü"mövzusunda keçirdiyi Backdrop-fon müsabiqəsinin yekun sərgisi təşkil olunmuşdur.Sərgini Rəssamlıq Akademiyasının rektoru akademik Ömər Eldarov və Almaniya Federativ Respublikasının Bakıdaki səfirinin müavini Andrea Maria Zühl təntənəli şəkildə açıldığını elan etdilər.Akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru professor Səlhab Məmmədov öz çıxışında Rəssamlıq Akademiyasının Almaniya səfirliyi ilə yaranmış faydalı ikitərəfli münasibətlər haqda çıxış etdi .Sonra sərginin galibinin elan edilməsi və mükafatlandırması baş tutdu..Sərgidə Birinci yeri Məmmədova Ülviyyə,İkinci yer-Quliyeva Sevinc,üçüncü yer Abdullayeva Casiyyət ,dördüncü yeri Abdullayeva Aysel tutdular.Sərginin bütün iştirakçılarına sertifikatlar təqdim olundu.