Новости

20 Sep

Новость

"Berlin divarının sökülməsinin 30 illik ildönümü"


19 Sentyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Berlin divarının sökülməsinin 30 illik ildönümü" ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbirdə Almaniyanın Azərbaycandakı Səfirliyinin əməkdaşı alman Andreas Hohlt, ADRA-nın rektoru akademik Ömər Eldarov, Beynəlxalq Əlaqələr üzrə prorektor professor Səlhab Məmmədov, Elmi və yaradıcılıq işləri üzrə prorektor professor Fuad Salayev, Tədris və tərbiyə işləri üzrə prorektor professor Azad Zeynalov, "Beynəlxalq Əlaqələr və sərgilər üzrə" şöbəsinin müdiri Səbinə Hümbətova, mütəxəssisi Elvira Musayeva, tərcüməçisi Firuzə Heydərova və akademiyanın tələbələri iştirak etmişdirlər.