Новости

04 июля

Новость

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistraturasına qeydiyyat 6 iyul 2020-ci il tarixində başlayır.Qeydiyyat onlayn formada aparılacaq

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistratura pilləsinə təhsil almaq hüququ qazanan hər bir şəxsi təbrik edir və uğurlar arzulayırıq.Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistraturasına qeydiyyat 6 iyul 2020-ci il tarixində başlayır.Tələb olunan sənədləri magistraturaya qəbul olunanlar 2020-ci il iyulun 6-dan 15-dək ( şənbə və bazar günləri istisna olmaqla) skan edilmiş formada senedqebulu_adra@mail.ru  elektron poçt ünvanına göndərməlidirlər.Geydiyyatla bağlı suallarla əlaqədar senedqebulu_adra@mail.ru elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Sənəd qəbulu ilə bağlı əsas məlumatları diggətinizə çatdırırıq.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

• Diplomun əsli və ya Ali təhsil müəssisəsini bitirməsi haqqında arayış;
• Şəxsiyyət vəsiqəsinin surəti – 3 ədəd;
• İş nömrəsi, şəxsi kabinetinin istifadəçi adı (FİN)
• Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 4 ədəd;
• Ödənişli əsaslarla qəbul olunan tələbələr üçün ödəniş qəbzinin əsli;
• Sağlamlıq haqqında tibbi arayış

TƏHSİL HAQQINDAN AZAD OLUNAN MAGİSTRLARDAN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq

1. Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş və notarial qaydada təsdiq olunmuş məcburi köçkün vəsiqəsinin surəti;

“Şəhid adının əbədiləşdirilməsi haqqında” qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri, yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq
1. Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;
2. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti 

 
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq

1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
2. Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti;  (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır.)

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq

1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının  müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)

18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq

1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
2. Vəfat etmiş valideyinin ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti. 

2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar

1. Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır.).