Новости

18 Oct

Новость

29-30 sentyabr tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsində kongress

29-30 sentyabr tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsində “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq konqresi keçirilib. Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (IRCICA) tərəfindən təşkil olunub.
 
Konqresin “Tarixi şəhərlər sənətkarların emalatxanası kimi” (Historical cities as places for workshop of Artisans) adlı akademik sessiyada Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının «İncəsənət tarixi» kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevil Sadıxova  məruzə ilə çıxış etdi. “Azərbaycan zərgərlik sənəti” adlı məruzədə S.Sadıxova  ölkəmizin zərgərlik sənəti tarixi, onun ənənələri, inkişafı haqqında bəhs edib