Дизайн

1. “Dizayn” kafedrası Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Memarlıq və Dizayn” fakültəsinin əsas tədris elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki və elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması, təhsil alanlar arasında yenidən işlərini həyata keçirir. 2. “Dizayn” kafedrasının kollektivi Azərbaycan Respublikası qanunvericiliyinə, Təhsil Qanununa, ali məktəblər haqqında Əsasnaməyə, ali məktəbin Nizamnaməsinə, ali təhsil müəssisəsinin professor-müəllim heyətinin vəzifələrə seçilməsi və bu Əsasnaməyə uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir. 3. Kafedraya rəhbərlik kafedra müdiri dosent Dadaşov Faiq Nadir oglu tərəfindən həyata keçirilir. 4. “Dizayn” kafedrasının kollektiv idarəetmə orqanı onun iclasında öz səlahiyyətlərini həyata keçirən kafedra kollektividir. Kafedra iclaslarının tərkibi müzakirə olunan məsələlərə əsasən müəyyən edilir. Kafedra iclaslar zərurət olduqda, ancaq bir dəfədən gec olmayaraq (məzuniyyət dövrü istisna olunmaqla) çağrılır. 5. “Dizayn” kafedrasının tərkibinə kafedra müdiri, professorlar, dosentlər, məsləhətçilər, baş müəllim, müəllim və assistentlər, elmi işçilər, aspirantlar, digər kateqoriyadan olan işçilər daxildirlər. 6. Kafedranın əsas vəzifələri: əyani təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya, praktiki, seminar və digər dərslərin yüksək elmi-nəzəri səviyyədə aparılması; kurs və diplom işlərinə (layihələrinə) istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi; kurs imtahanlarının və məqbullarının keçirilməsi; buraxılış imtahanlarının keçirilməsi; təhsil alanlar arasında tərbiyə işinin təşkili; kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazıırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi; dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlər, əyani vəsaitlər və s. hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris metodiki ədəbiyyata rəy verilməsi; elmi-yaradıcılıq işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi; tamamlanmış elmi-tyaradıcılıq işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi; kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi; respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabacıl iş təcrübəsinin öyrənilməsi və yayılması, yeni işə başlayan və gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi; tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi; elmi-pedaqoji və elmi kadrların; kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi; qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-metodiki köməklik göstərilməsi məqsədilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi; xalq təsərrüfatının müxtəlif sahələrində mədəniyyət, elm, səhiyyə, maarif və s. sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərmək; ali təhsil müəssisələrinin məzunları və bu kafedraların aspirant məzunları ilə daim əlaqənin təşkil edilməsi; elmi biliklərin təbliğ edilməsi. 7. “Dizayn” kafedrasında 16 professor-müəllim (o cümlədən, 3 nəfər elmi dərəcəyə malik) olduqda yaradılıb. Kafedranın illik tədris yükü 12081 min saat təşkil edir. 8. Kafedra iclaslarına digər ali məkrəblərin, elmi-tədqiqat institutlarının, müəssisə və təşkilatların işçiləri də dəvət oluna bilər. Kafedra iclaslarında aşağıdakı məsələlər müzakirə və təsdiq edilir: kafedranın bütün fəaliyyət növləri üzrə, eyni zamanda müəllimlərin, elmi, tədris-yardımçı heyəti, aspirantların, staj keçənlərin və fərdi planla təhsil alan tələbələrin plan və hesabatları; kafedra tərəfindən tədris olunan kurslar üzrə tədris vəsaitləri, proqramlar, imtahan materialları; müəllimlərin tədris yükü və tədris yükünün bölünməsi; kafedra tərəfindən təşkil edilən seminarların, konfransların, sərgilərin və s. tematikası; kurs və diplom layihələrinin tematikası, rəhbərlərin və rəy verənlərin təyini, layihələrin müdafiəyə buraxılması; elmi və metodiki işlərin nəşr olunma qaydalarına dair təqdimatların verilməsi; kafedra müdirinin müavinlərinin namizədliyi; öz səlahiyyətləri daxilində xarici ölkələrə, staj keçməyə və ixtisasartırma fakültələrinə ezam etmək, doktoranturaya keçirmək, yaradıcılıq məzuniyyətləri vermək; öz səlahiyyətləri daxilində sərəncamda olan və ya məqsədli ayrılmış vəsaitin tədris, elm və sosial tələblərə xərclənməsi. 10. “Dizayn” kafedrasının qarşısında duran vəzifələri yerinə yetirmək üçün öz səlahiyyətləri daxilində digər məsələləri də müzakirə edib müvafiq qərar çıxara bilər. Kafedra iclasında qəbul olunan qərarlar barədə fakültənin elmi şurasına, zərurət olduqda isə ali məktəb rektorluğuna və elmi şurasına məlumat verir. 11. Kafedra iclaslarında aşağıdakı məsələlər barədə təklif, tövsiyə və ya təqdimat qəbul edilir: kafedra müdirinin seçilməsi; müəllim və elmi işçilərin işə qəbulu, onlarla müqavilə bağlanması, mövcud Əsasnaməyə uyğun olaraq onlara vəzifə maaşı və əlavələrin təyin edilməsi; aspiranturaya, magistraruraya, doktoranturaya qəbul və iddiaçıların kafedraya təhkim olunması; dissertasiyaların müdafiəyə qəbul edilməsi; institut və ya fakültə tərəfindən elmi və tədris-metodiki əsərlərin nəşri; tələbələrin müəyyən fənnlər üzrə fərdi planla təhsilə keçirilməsi; işçilərin və təhsil alanların həvəsləndirilməsi və ya cəzalandırılması; kafedraların müəllimlərinin, elmi işçilərin və digər əəkdaşların tutduqları vəzifədən kənar edilməsi; digər təkliflər. 12. Kafedra iclaslarında qərarlar açıq və gizli səsveermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Tədris-metodiki məsələlərin və kafedra əməkdaşlarının işə qəbul olunanlar haqqında təqdimatların müzakirəsi zamanı tədris-tərbiyə prosesində şəxsən iştirak edən kafedra üzvləri həlledici səsə malikdirlər. Qərarlar qəbul edilərkən kafedra üzvlərindən birinin təklifi ilə gizli səsvermə aparıla bilər. 13. Kafedra müdiri: dosent Faiq Nadir oğlu Dadaşov kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir; hər il kafedranın fəaliyyəti barədə hesabat təqdim edir; kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir; aylıq əmək haqqı fondu daxilində və kafedranın büdcədən kənar vəsaiti hesabına kafedranın ştat tərkibini təklif edir; fakültədə, ali mktəbdə, kənar təşkilatlar kafedralarını təmsil edir; kafedra müdirinin müavinləri vəzifələrinə namizədlər təklif edir; kafedranın fəaliyyətinin nəticələrinə görə kafedranın kollektivi, fakültə, aliməktəb elmi şuraları və rəhbərlik qarşısında məsuliyyət daşıyır. 14. “Dizayn” kafedrasının müdiri müxtəlif sahələr üzrə (tədris, elm, tərbiyə və s.) müavinləri mövcud qaydada seçilir. 15. Kafedra mövcud qaydada ali məktəb (fakültə) elmi şurasının təqdimatına əsasən rektorun əmri ilə yaradılır və ləğv edilir. 16. Kafedranın professor-müəllim və elmi heyərinin vəzifələrə seçilməsi bir qayda olaraq mövcud əssnaməyə uyğun müsabiqə yolu ilə həyata keçirilir. 17. Kafedra kargüzarlığı mövcud qaydada təsdiq edilmiş nomenklaturaya uyğun olaraq aparılır. 18. Kafedranın və onun tərkibindəki digər struktur qurumların Əsasnaməsi Ali məktəb haqqında Əsasnaməyə, bu Əsasnaməyə uyğun olaraq hazırlanır və ali məktəbin elmi şurası tərəfindən təsdiq edilir.

Специальности