Xəbərlər

02 iyn

Xəbərlər

Xalq artisti Arif Məlikovun məzarı üstündə abidəsi ucaldılıb.

Xalq artisti Arif Məlikovun məzarı üstündə abidəsi ucaldılıb. 
 
Bu barədə abidənin müəllifi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rektoru,Xalq rəssamı Ömər Eldarov məlumat verib. 
 
O bildirib ki, mərhum bəstəkarın qəbirüstü abidəsi ildönümü ərəfəsində ucaldılıb:
 
“Sadəcə karantinə görə bir neçə nəfərlə məzarını ziyarət etdik, geniş açılış mərasimi keçirilmədi”. 
 
Qeyd edək ki, Arif Məlikov 9 may 2019-cu ildə vəfat edib. O, Fəxri Xiyabanda dəfn edilib.