Xəbərlər

04 may

Xəbərlər

“V Dünya İncəsənət Oyunu” adlı Beynəlxalq mədəni festival

Aprel ayının 01-10.2019 tarixlərində Serbiyanın Belqrad şəhərində “V Dünya İncəsənət Oyunu” adlı Beynəlxalq mədəni festivalı keçirilmişdir. Festivalda Azərbaycanı rəsmi olaraq  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq Əlaqələr və əcnəbilər üçün hazırlıq şöbəsinin  baş metodisti Həbibə Qurbanova və 5 nəfər tələbə heyəti iştirak etmişdir. Bu tədbir Akademiyanın Xalq rəssamı, professor  Səlhab Məmmədovun təşəbbüsü və  AZNAR şirkətinin sponsorluğu  ilə həyata keçmişdir. Festival çərçivəsində mühazirələr, ekskursiyalar, sərgi və konsert kimi  tədbirlər baş tutmuşdur. Festivalın Vitse –prezidenti WAG Baş Ofisin müdiri  Peter Weisz  və Jasminka Blazevic Paunovic Azərbaycan İncəsənətindən böyük məmnunluq duyaraq  Akademiyanın heyət adına  təşəkkürnamə məktubu göndərmişlər.