Xəbərlər

20 okt

Xəbərlər

Rektor Akademik Ömər Eldarov: "Koronavirusa yoluxmamışam"

Azərbaycanın Xalq rəssamı, tanınmış heykəltəraş ,Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru akademik Ömər Eldarov koronavirusa yoluxmadığını açıqlayıb.

O, "Report"a açıqlamasında bildirib ki, COVID-19 testi neqativ çıxıb: "Xəstəxanada olarkən jurnalistlərdən mənə zəng etmişdilər. Mən də xəstəxanada olduğumu, koronavirus testi verməyə gəldiyimi dedim. Onlar da yazıblar ki, nəticəm pozitiv çıxıb. Amma bu, doğru deyil. Nəticəm də neqativ çıxıb, koronavirusa yoluxmamışam. Özümü də yaxşı hiss edirəm".