Xəbərlər

21 okt

Xəbərlər

Rəssamlarımızdan Orduya dəstək

Qarabağ uğrunda müharibə davam edir. Bu müharibədə hər kəs ordumuza dəstək, bir-birinə dayaq olur. Belə bir dövrdə Azərbaycan rəssamları da ordumuz üçün əllərindən gələn dəstəyi əsirgəmirlər.
Azərbaycan rəssamlarının dəstəyi ilə bağlı xalq rəssamı Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev Modern.az-a açıqlama verib:
"Biz Rəssamlar Akademiyasının professor-müəllim heyəti tərəfindən öz yaradıcılıq işlərimizi sayta yerləşdirmişik, hazırda onunla məşğuluq".
F.Salayev bildirib ki, Rəssamlar Akademiyasının professor-müəllim heyəti orduya maliyyə dəstəyi də göstərib.
Rəssamlıq Akademiyasının prorektoru Azad Zeynalov dizaynerlərin böyük plakatlar hazırladığını bildirib:
“Qarabağ mövzusunda və hərbi mövzuda olan plakatları biz Fuad Salayevin vasitəçiliyi ilə Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etmişik. Onlar müvafiq tapşırıq verəcəklər ki, çap olunsun”.
A.Zeynalov əlavə edib ki, tələbələrə mövzular verilib və bir çox kompozisiyalar hazırlanır.