Xəbərlər

16 Dec

Xəbərlər

Press-reliz

9 dekabr 2019-cu il saat  12:00-da  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi Kompleksində   poeziyamızda fəlsəfi şeirin əsasını qoyan dahi şair Seyid İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş  “NƏSİMİ YARADICILIĞI MÜASİR GƏNCLƏRİN GÖZÜ İLƏ” sərgisi keçiriləcəkdir.                           
Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və ADRA nəzdində İncəsənət Kollecinin birgə təşəbbüsü ilə kollecin  tələbə heyətinin “Nəsimi İli” çərçivəsində  keçirilir.
Tədbir Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və ADRA nəzdində İncəsənət Kollecinin birgə təşəbbüsü ilə keçirilir.
Sərginin əsas məqsədi gənclərə ədəbi klassiklərimizi tanıtmaq, onlarda milli – vətənpərvər ruhu yüksəltməkdir. Çünki tariximizi bilmədən, keçmişimizə boylanmadan, tarixdə dərin iz qoymuş dahi şəxsiyyətləri tanımadan gələcəyə addımlaya bilmərik.
         Təxminən 40 tələbənin qatıldığı bu sərgidə müxtəlif texnikalarda işlənmiş əsərlər nümayiş etdiriləcəkdir. Sərgidə həmçinin yağlı boya, sulu boya, quaş, və karandaşla işlənmiş rəsm əsərləri və vitrajlar ( şüşə üzərində rəsm ), maketlər, qobelen üzərində portret, kafel qırıntılarından yığılmış mozaika, heykəl və s. nümayiş etdiriləcəkdir. Ümumilikdə təxminən 80-ə yaxın əsər nümayiş olunacaqdır.
Sərginin açılış mərasimi 19 dekabr 2019-cu il saat  12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçiriləcəkdir.