Xəbərlər

04 may

Xəbərlər

Ömər Həsən oğlu Eldarov

03 may 2019-ci il tarixində ANİİA-nın sədri Fərhad Qaraşovun əmri ilə Azərbaycan Respublikasında təsvirin incəsənətin, heykəltəraşlığın inkişafına və assosiasiyanın fəaliyyətinə göstərdiyi qayğı və diqqətə görə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Həsən oğlu Eldarov "Azərbaycan Narı" döş nişanı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, “Heydər Əliyev” ordeni laureatı, Azərbaycanın məşhur heykəltəraşı, akademik Ömər Eldarov 21 dekabr 1927-ci il tarixində Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektorudur. Gələcəkdə ANİİA ilə ADRA arasında nar meyvəsinin təşviqinin artırılması üçün əməkdaşlığımızı davam etdirəcəyik.

Həmçinin ANİİA -nın təşkil etdiyi “Mən bu cahanə sığmazam"adlı Nar heykəltəraşlıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi də keçirilmişdir. Qeyd etmək istəyirik ki, Ömər Eldarovun rəhbərliyi ilə peşəkar münsiflər heyəti 1 ci yerə “Meyvələrin Şahı” adlı nar heykəlinin müəllifi Vüqar Quliyevi, 2-ci yerə “Birliyin Gücü” adlı nar heykələnin müəllifi Çinarə Baxşıyevanı, 3-cü yerə “Payız Ətri” adlı nar heykəlinin müəllifi Kənan Həsənquliyevi layiq görmüşdür. Qaliblərə sertifikat və pul mükafatı təqdim olmuşdur.