Xəbərlər

26 iyn

Xəbərlər

Müsabiqənin galibləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ildə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi II Nəsimi- şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Nəsimiyə həsr olmuş xalça eskizi müsabiqəsi  elan etdi. Bu müsabiqədə bir çox dünya ölkələrindən xalça eskizləri təqdim olunmuşdur.

Xalça eskizlərindən I və II yerin qaliblərini münsiflər heyəti tərəfindən seçilmişdir. III yerin qalibi sosial media yolu ilə səsverməyə qoyulmuşdur.  

I yerin qalibi – Axundzadə Fatimə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının III kurs Bədii xalça ixtisası,  Sabah qrupunun tələbəsidir.    

II yerin qalibi- Bağırova Ruhəngiz ,Azərbaycan  Dövlət Rəssamlıq Akademiyasının III kurs Bədii xalça ixtisası,  Sabah qrupunun tələbəsidir.    

III yerin qalibi- Dadaşeva Sürəyya Azərbaycan  Dövlət Rəssamlıq Akademiyasının III kurs Bədii xalça ixtisasının tələbəsidir. 

Müəllim- professor Məmmədhüseyn Allahqulu oğlu Hüseynovdur.