Xəbərlər

16 dek

Xəbərlər

Müsabiqə

TOCHU oil şirkətinin maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” proqramının təşkilatçılığı, Azərbaycan Respublikasının Ekoligiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə İqlim dəyişikliyinə qarşı mübarizəyə həsr edilmiş  Yaşıl İncəsənət” III rəsm sərgi-müsabiqəsinə start verilir!

Müsabiqənin münsifləri tərəfindən seçilmiş 3 ən yaxşı rəsm əsərinin müəllifləri xüsusi diplom və pul mükafatları ilə təltif ediləcəklər. (I yer – 500 AZN, II yer – 400 AZN, III yer – 300 AZN).

“Yaşıl incəsənət” rəsm sərgi-müsabiqəsinin məqsədi

iqlim dəyişmələri ilə mübarizə aparmaq, onun təsirlərinin yumşaldılması üçün tədbirlər həyata keçirmək və ona uyğunlaşmaq yolunda zəruri addımlar atılmasına həsr edilmişdir.
Müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu və əhəmiyyətini artırmaq
Gənc nəslin ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri və təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqətini cəlb etmək.

Müsabiqədə iştirak etmək istəyənlər 15 dekabr tarixindən gec olmayaraq aşağıda göstərilən məlumatları asanschool.az@gmail.com ünvanına göndərməlidir -
rəsm işinin foto şəkilini JPG formatında, 
Ad, soyad, ata adı
Əlaqə nömrəsi ( ev və mobil nömrə)
Rəsm əsərinin adı
Əlavə  olaraq ailə üzvün əlaqə vasitələrini ( Ad, soyad, ata adı ,ev- mobil nömrə)

Müsabiqənin münsiflər heyəti tərəfindən seçilmiş üç ən yaxşı rəsm əsərinin müəllifləri mükafatlandırılacaq.

Sərginin bütün iştirakçılarına Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi tərəfindən onların sərgidə iştirakını təsdiq edən sənəd təqdim ediləcək.

Müsabiqənin şərtləri:

16-30 yaş arası

1. Müsabiqəyə mənzərə və natürmort janrlarında( yalnız güllər), müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənmiş rəsm işləri təqdim edilə bilər.
2. Rəsmlər A3 ölşüsündən başlamalıdır. Material – kətan, kağız, karton ağac, yağlı boya, akril, quaş, pastel, rəngli karandaş və flomasterlər, ebru və monotip, qarışıq texnika.
3. Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər.
4. Rəsm işləri ekspozisiya üçün asılmağa hazır vəziyyətdə,arxa hissəsi asılqanlı və çərçivədə təqdim olunmalıdırlar.
5. Rəsmin arxa tərəfində heç bir qeyd olunmamalıdır.
6. Müsabiqə iştirak etmək istəyənlər 15 dekabr 2019-cu il tarixindən gec olmayaraq rəsm işlərinin foto şəkilini JPG formatında və özləri haqqında məlumatı asanschool.az@gmail.com ünvanına göndərməlidirlər.(Göndərdikdən sonra mütəmadi olaraq elektron poçt ünvanınızı yoxlayın)

Tel: (+994)124447444 (+994) 704080009 www.asanschool.az
8. 21 dekabr sərgiyə giriş saat 10:00 dan- saat 17:00 qədər sərbəstdir.  
Qeyd edək ki, Sərgi müsabiqənin mükafatlandırması və bağlanış mərasiminə giriş 21 dekabr 2019-ci il tarixində dəvətnamə ilə olacaq. Dəvətnamələr məhdud saydadır. Bağlanışda iştirak etmək üçün hesenova.sakina@gmail.com ünvanına 
müraciətinizi göndərə bilərsiniz. 
Müsabiqənin yekunu

1. Sərgidə 50 ən yaxşı rəsm əsəri sərgiləcənək və əlavə olaraq Respublikada yerləşən bütün “ASAN xidmət” mərkəzlərində sərgi turu təşkil olunacaqdır 
2. Müsabiqənin münsifləri tərəfindən seçilmiş 3 ən yaxşı rəsm əsərinin müəllifləri xüsusi diplom və pul mükafatları ilə təltif ediləcəklər. (I yer – 500 AZN, II yer – 400 ZN, III yer – 300 AZN).

Qeyd edək ki, qalib əsərlər sərginin müzeyinə həddiyə olaraq təqdim ediləcək və qaytarılmayacaq.