Xəbərlər

05 iyn

Xəbərlər

Məlumat

1. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası 2020-ci il iyun ayının 8-də başlamaqla 5 həftə müddətində keçirilsin.

2.  “Sənətşünaslıq” və yaradıcı ixtisaslarda tələbələrin cari (aparılıb-aparılmamasından asılı olmayaraq) və aralıq qiymətləndirilməsinin ümumi nəticələri 100 ballıq sistemlə aparılsın və tələbənin imtahana giriş balı 50 balla hesablansın. 

3.     “Sənətşünaslıq” (bakalavriat və magistratura) ixtisasında tələbələrin seçimi nəzərə alınaraq, Yekun Dövlət Attestasiyası onlayn və ya ÜOMG-yə əsasən qiymətləndirilsin.

4.    Yaradıcı “Rəngkarlıq”, “Qrafika”, “Heykəltəraşlıq”, “Dekorativ sənət” və “Dizayn” ixtisaslarını bitirən tələbələr buraxlış işini yerinə yetirib ali məktəbə təqdim etməlidirlər (kağız daşıyıcı və ya elektron formada). Bu halda ÜOMG-nin nəticələrinə əsasən buraxılış işinin müdafiəsinə buraxılan tələbənin qiymətləndirilməsi zamanı onun buraxılış işinin təqdim etməməsi yekun attestasiya qiymətinə təsir edəcəkdir.

5.    Yaradıcı “Rəngkarlıq”, “Qrafika”, “Heykəltəraşlıq”, “Dekorativ sənət” və “Dizayn” ixtisaslarında buraxılış işinin müdafiəsi tələbələrin seçimi əsasında ənənəvi, müvafiq cədvələ uyğun olaraq (sanitar-gigiyenik qaydaları gözləməklə) və ya ÜOMG-nin nəticələrinə əsasən keçirilsin.

6.    Yaradıcı “Rəngkarlıq”, “Qrafika”, “Heykəltəraşlıq”, “Dekorativ sənət” və “Dizayn” ixtisaslarında (əcnəbi tələbələr də daxil olmaqla) ixtisas dərslərinin plastik poza nümayişçilərindən  istifadə etməklə onlayn şəkildə aparılması mümkün olmadığına görə ixtisas fənləri üzrəqiymətləndirmə əvvəlki semestrin ÜOMG-nə uyğun aparılsın.

7.    Təhsil haqqı borcu olan bakalavr və magistr pilləsinin tələbələri dövlət imtahanı və Yekun Dövlət Attestasiya işinin müdafiəsinə buraxılmayacaqlar.

8.      Yekun Dövlət Attestasiyasında və ya aralıq qiymətləndirmədə iştirak edə bilməyən və ya iştirak edib qeyri müvəffəq qiymət almış tələbələr üçün (avqust-sentyabr aylarında) növbəti semestr başlayana qədər imtahan sessiyası təşkil olunsun. Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər. Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə alınacaq və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunacaq. Təkrar imtahan üçün ödəniş tələb olunmayacaqdır.

9.     Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən edilməlidir. Yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış və akademik borcu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcəkdir. 

10.   İmtahan sessiyası və ixtisaslar üzrə Yekun Dövlət Attestasiyasının təşkili zamanı “Koronavirus infeksiyası (COVİD-19) profilaktikasına dair metodik göstərişlərə” ciddi riayət olunsun. 

 

 

ƏSAS:Azərbaycan Respublikası Təhsil Nazirinin 02.06.2020-ci il tarixli F-277saylı əmri, 20.05.2020-ci il tarixli 01-11-522/15 saylı və 02.06.2020 ci il tarixli 04-11-568/15 saylı məktubları

 

REKTOR:Ö.H.ELDAROV