Xəbərlər

24 fev

Xəbərlər

Konstitusiya Məhkəməsində bəşəriyyət tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Fevralın 24-də Konstitusiya Məhkəməsində bəşəriyyət tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Sədr Fərhad Abdullayev bildirib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini incəsənət vasitəsilə yaşatmaq təqdirəlayiq haldır.
Sərgidə, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, tanınmış heykəltəraş, Xalq rəssamı, professor Fuad Salayev iştirak edib.
Sədr sərginin Konstitusiya Məhkəməsində təşkilinə görə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına təşəkkürünü bildirib.
Konstitusiya Məhkəməsinin qonağı – görkəmli heykəltəraş, Azərbaycan Respublikasının Xalq rəssamı Fuad Salayev tədbirdə çıxış edərək bildirib ki, Xocalıda baş verən hadisələr Azərbaycan xalqının faciəsidir. Lakin bu faciə xalqımızın mübarizə əzmini qıra bilmədi. Fuad Salayev qeyd edib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc rəssamları sərgidə təqdim olunmuş rəsm işləri vasitəsilə Xocalı soyqırımının ağrısını əks ediblər. Xalq rəssamı çıxışının sonunda vurğulayıb ki, Xocalıda baş verən faciə bir də heç bir zaman təkrar olunmamalıdır.
Tədbirin sonunda Sədr Fərhad Abdullayev gənc rəssamlara, yaradıcı, öz Vətənini sonsuz dərəcədə sevən istedadlı insanlara, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarova və prorektoru Fuad Salayevə Konstitusiya Məhkəməsi adından dərin təşəkkürünü bildirib.