Xəbərlər

12 may

Xəbərlər

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasinin 96 ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. 10 may 2019-cu il tarixində keçirilən tədbirdə Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra akademiyanın rektoru, Xalq rəssamı, akademikÖmər Eldarov H.Əliyevin mədəniyyət sahəsində gördüyü işlər barədə məlumat verdi. Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Humanitar və ictimai fənlər” kafedrasının dosenti Rima Mübariz qızı Qafarzadə, Xalq rəssamı, “Bədii toxuculuq və xalça sənəti” kafedrasının professoru Eldar Hidayət oğlu Mikayılzadə və “Sənətşünaslıq” fakültəsinin IV kurs tələbəsi Hümbətli Vüsalə çıxış etdilər.

​Tədbirdə Rima Qafarzadə “Azərbaycanda multikulturalizmin inkişafında H.Əliyev faktoru” adlı çıxışında Heydər Əliyevin Azərbaycan üçün etdiyi xidmətlər və multikulturalizm siyasəti haqqında məlumat verdi. Eldar Mikayılzadə öz çıxışında Ümummilli lideri Heydər Əliyev haqqında xatirələrini bölüşdü. Hümbətli Vüsalə “Ulu öndər Heydər Əliyevin mədəniyyətimizdə rolu” adlı mühazirəsində Azərbaycanı dünyaya tanıdan bu böyük şəxsiyyətin mədəniyyət və incəsənətimizə verdiyi töhfələrdən danışdı. Tədbirdə H.Əliyevə həsr olunmuş video çarx da nümayiş olundu.