Xəbərlər

13 iyn

Xəbərlər

Fuad Sadıqov: “Rəssamlıq Akademiyası distant tədris sistemində yeni bir mərhələyə qədəm qoydu"

Müsahibimiz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının mətbuat katibi Fuad Sadıqovdur. Onunla Rəssamlıq Akademiyasının son dövrlər gördüyü layihələrdən və pandemiya dövründə təhsil ocağının online tədris prosesindən danışdıq. Belə ki, ölkədə karantin günləri elan olunsa da təhsil sistemi distant şəkildə fəaliyyətini davam etdirdiyini deyən müsahibimiz Rəssamlıq Akademiyasında gedən təhsil prosesi ilə bizi daha yaxından tanış etdi. 

- Fuad bəy, hazırda Rəssamlıq Akademiyasında tədris prosesi necə keçirilir? Online yaradıcılıq özünü nə qədər doğruldur?

- Əslində dünyada və ölkədə yaranan koronovirus pandemiyası ilə bağlı təhsil ocaqlarımızda online tədris sisteminə keçid edilməsi yoluxmanın daha da azalması və vətəndaşlarımızın özünü virusdan qoruması üçün zamanında atılan bir addım idi. Sualınıza gəlincə isə Akademiyada nəzəri dərslərin distant şəkildə keçirilməsi dünya praktikasında da olduğu kimi bizdə də eyni şəkildə davam edir. Bu qaçılmaz bir strukturdur. Yaranmış vəziyyətə uyğun olaraq biz də bu sistemlə fəaliyyətimizi davam etdiririk. Əslində dünya təhsil sistemində uzun müddətdir ki, distant təhsil strukturundan istifadə edilir. Bu təcrübədən keçirilmiş bir sistemdir. Bizim online tədris sistemimiz də  bir növ həmin təhsil prosesini xatırladır. Hazırda Rəssamlıq Akademiyasında karantin dövründə aktiv  online dərslər keçirilir. 

Online yaradıcılığa gəldikdə isə bu tədris prosesi daha çox “Sənətşünaslıq” fakültəsində aktivlik göstərdiyinin şahidi olduq. Belə ki, orada yalnız nəzəri proqramlar üstünlük təşkil etdiyi üçün belə dönəmlərdə distant dərslərlə bu ixtisasın tələbələri daha aktiv oldular. Qabiliyyət tələb edən fənlər "Dizayn", "Memarlıq", "Rəssamlıq" kimi fənlər isə müəllimlər tərəfindən online şəkildə keçirildi. Tələbələr öz tapşırıqlarını evdə hazırlayıb, online qaydada müəllimlərinə göstərir, müəllimlərimiz isə onlara öz göstərişlərini verdilər. Qiymətləndirilmə yalnız bu qaydada keçirilirdi. Hətta sizə deyim ki, distant imtahan vermək də mümkündür. Könül istərdi ki, qabiliyyət tələb edən fənlərdə müəllimlər işləri real olaraq görüb, qiymətləndirsin. Ancaq dövlətimizin qoyduğu qanun və tələblər hər bir təhsil ocağı üçün önəmli faktordur. Bu proses təbii ki, daimi deyil, ümid edirəm ki, yeni tədris ili mövsümündən əvvəlki rejimə geri dönə biləcəyik. 

- Artıq yay sessiya imtahanları başlayıb. Bəs bu imtahanlar necə keçirilir?  

- Rəssamlıq Akademiyasında distant şəkildə imtahanların keçirilməsi üçün hər bir şərait yaradılıb. Tələbələrə də sessiya ilə bağlı böyük imtiyazlar verilib. Biz də tələbələrin də bugünkü düşdükləri situasiyaları başa düşürük.  Bunun üçün onlara lazımı şərait yaradılıb. Reaktorun əmrində də bu bilavasitə göstərilib. Belə ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 2019-2020 tədris ilinin yaz semestrin yay imtahan sessiyasının onlayn keçirilməsinə başlanıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında xüsusi qabiliyyət tələb edən ixtisaslara üzrə 2020-2021-ci tədris ili üçün magistraturaya qəbul imtahanları keçirilir. 2020-ci il iyun ayının 8-də başlamaqla 5 həftə müddətində imtahanlar keçirilməyə davam edir. “Sənətşünaslıq” və yaradıcı ixtisaslarda tələbələrin cari (aparılıb-aparılmamasından asılı olmayaraq) və aralıq qiymətləndirilməsinin ümumi nəticələri 100 ballıq sistemlə aparılır və tələbənin imtahana giriş balı 50 balla hesablanır. “Sənətşünaslıq” (bakalavriat və magistratura) ixtisasında tələbələrin seçimi nəzərə alınır, Yekun Dövlət Attestasiyası onlayn və ya ÜOMG-yə əsasən qiymətləndirilir. Bundan başqa yaradıcı ixtisaslara gəldikdə isə “Rəngkarlıq”, “Qrafika”, “Heykəltəraşlıq”, “Dekorativ sənət” və “Dizayn” ixtisaslarını bitirən tələbələr buraxılış işini yerinə yetirib ali məktəbə təqdim edəcəklər. Bu halda ÜOMG-nin nəticələrinə əsasən buraxılış işinin müdafiəsinə buraxılan tələbənin qiymətləndirilməsi zamanı onun buraxılış işinin təqdim etməməsi yekun attestasiya qiymətinə təsir edəcək.

- Yaradıcılıq deyəndə bura hansı ixtisaslar daxil edilmiş olur?

- “Rəngkarlıq”, “Qrafika”, “Heykəltəraşlıq”, “Dekorativ sənət” və “Dizayn”  kimi ixtisaslar nəzərdə tutulur ki, bu ixtisaslarında buraxılış işinin müdafiəsi tələbələrin seçimi əsasında ənənəvi, müvafiq cədvələ uyğun olaraq (sanitar-gigiyenik qaydaları gözləməklə) və ya ÜOMG-nin nəticələrinə əsasən keçirilir. Yaradıcı “Rəngkarlıq”, “Qrafika”, “Heykəltəraşlıq”, “Dekorativ sənət” və “Dizayn” ixtisaslarında (əcnəbi tələbələr də daxil olmaqla) ixtisas dərslərinin plastik poza nümayişçilərindən  istifadə etməklə onlayn şəkildə aparılması mümkün olmadığına görə ixtisas fənləri üzrə qiymətləndirmə əvvəlki semestrin ÜOMG-nə uyğun aparılır. Yekun Dövlət Attestasiyasında və ya aralıq qiymətləndirmədə iştirak edə bilməyən və ya iştirak edib qeyri müvəffəq qiymət almış tələbələr üçün (avqust-sentyabr aylarında) növbəti semestr başlayana qədər imtahan sessiyası təşkil olunub. Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilirlə. Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə alınacaq və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur.  Onu da qeyd etməyim vacibdir ki, İmtahan sessiyası və ixtisaslar üzrə Yekun Dövlət Attestasiyasının təşkili zamanı “Koronavirus infeksiyası (COVİD-19) profilaktikasına dair metodik göstərişlərə ciddi riayət olunur və bunun üçün artıq göstərişlərimiz, hazırlıqlarımız başlayıb. 

- Magistr imtahanın ikinci turu keçirildi.  Rəssamlıq Akademiyasında qabiliyyət imtahanı verən tələbələr hansı şəraitdə imtahan verdilər? 

- İmtahanlar İyunun 11-də keçirildi. Akademiya tərəfindən lazımı hazırlıqlar görülmüşdü. Tələbələrin gigiyenik qaydalara uyğun olaraq bu imtahanlarda iştirak etməsi üçün hər bir şərait yaradılmışdı. Akademiyada otaqlarımızın sayı çoxdur. İmtahan vermək üçün müraciət edən tələbələr üçün  şərait yaratdıq ki, hər otaqda 2-3 nəfər imtahan versin. Bu məsələlər Dövlət İmtahan mərkəzi ilə kordinasiya olunur. Çünki çox ciddi və həssas məsələdir. Biz bir təhsil ocağı olaraq bütün bu qayda qanunlara riayət edirik.  Bizim rəhbərlik  də imtahanların keçirilməsi üçün lazımi şərait yaradıb