Xəbərlər

03 sen

Xəbərlər

Fəlsəfə doktoru və Elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul

Fəlsəfə doktoru və Elmlər doktoru proqramı üzrə
doktorantura və dissertanturaya
qəbul olunmaq istəyənlər
03 sentyabr 2020-ci il tarixindən 25 sentyabr 2020-ci il tarixinədək
“Elm şöbəsi”nə müraciət edə bilərlər.Əlaqə nömrəsi 0125679183. Doktorantura və dissertanturaya qəbul olmaq üçün lazım olan sənədlər
 
1. Ərizə (doktorantura və dissertanturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına)
2. Kadrların şəxsi – qeydiyyat vərəqi
3. Tərcümeyi – hal
4. 2 ədəd fotoşəkil (3 x 4 sm ölçüdə)
5. İş yerindən xasiyyətnamə
6. İş stajı olanlar üçün əmək kitabçasından çıxarış
7. Çap olunmuş elmi işlərin siyahısı, seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə)
8. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)  
9. Şəxsiyyəti təsdiq edən sənədin surəti