Xəbərlər

24 sen

Xəbərlər

Bu gün Azərbaycanın Xalq rəssamı Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayevin doğum günüdür

Bu gün Azərbaycanın  Xalq rəssamı Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayevin (24 sentyabr 1943-cü il) doğum günüdür. 
Fuad Salayev yaradıcılığının ilkin dövründə qadın obrazlarına üstünlük vermişdir. Onun bu silsilədən “Gənc qadın”, “Kolxozçu qız”, “Ana”, “Zəhmətkeş qadın” və s. əsərlərini göstərmək olar. Heykəltəraşın “Gənc ana” heykəli Moskvada SSRİ Rəssamlıq Akademiyasının xüsusi diplomuna layiq görülmüşdür.
Fuad Salayevin sonrakı yaradıcılığında yer alan fəlsəfi xarakterli əsərlər sırasına “Ekvilibrist”, “Kələfin ucunu axtaranlar”, “Qıl körpüsü”, “Qiyamət günü”, “Tarazlıq” və.s abidələri nümunə ola bilər 
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kollektivi dəyərli sənətkarımızı təbrik edir, yaradıcılıq uğurları arzu edirik!