Xəbərlər

24 dek

Xəbərlər

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

Dekabrın 24-ü Prezident İlham Əliyevin doğum günüdür. Hər bir azərbaycanlı kimi bizdə doğum günü münasibətilə cənab Prezidenti təbrik edir, Ona möhkəm cansağlığı və sərəfli işində yeni-yeni uğurlar arzulayıram. 
Azərbaycanın XXI əsrdə qazandığı möhtəşəm uğurlar İlham Əliyevin adı ilə bağlıdır. Onun strategiyası və fədakarlığı sayəsində Azərbaycan dünyanın ən uğurlu gənc dövləti imicini qazanıb. Müasirləşmə, yeniləşmə böyük iqtisadi tərəqqi və dövlətin qüdrətinin artması ilə müşaiyət olunur. Son 15 il ərzində ölkənin siması tanınmaz şəkildə dəyişib, həyat standartları əhəmiyyətli dərəcədə yüksəlib. İndi Azərbaycan öz gələcəyinə daha inamla və böyük ümidlərlə baxır. 
İlham Əliyev bütün dünyada müasir dünyagörüşlü, cəsarətli, uzaqgörən siyasətçi və dövlət başçısı kimi tanınır və etiraf edilir. Əhalinin Ona bəslədiyi möhtəşəm hörmət və etimad şəxsiyyətinə və fəaliyyətinə verilən ən böyük qiymətdir. İnanıriq ki, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsində dövlətimizə, ölkəmizə və xalqımıza bundan sonra da xidmət edəcək, Azərbaycanı daha yüksək zirvələrə qaldıracaq.