Xəbərlər

14 may

Xəbərlər

“Azərbaycan xalça sənətinin qorunması və inkişafı” adlı konfrans və sərgi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 14 may 2019-cu il tarixində ilə əlaqədar olaraq, “Azərbaycan xalça sənətinin qorunması və inkişafı”adlı konfrans və sərgi keçirilmişdir. Heydər Əliyevə həsr olumuş konfrans və sərginin açılışını Akademiyanın rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov edərək, konfransın məqsədi, əhəmiyyəti və H.Əliyevin milli-mənəvi dəyərlərimizə verdiyi töhfələrhaqqında məlumat verdi. Elmi konfransda Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “İncəsənət tarixi” kafedrasının dosenti Şirin MəlikovaXalq rəssamı, “Bədii toxuculuq və xalça sənəti” kafedrasının professoru Eldar Mikayılzadə“Bədii toxuculuq və xalça sənəti” kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tamilla MəmmədovaƏməkdar rəssam, “Bədii toxuculuq və xalça sənəti” kafedrasının professoru Məmmədhüseyn Hüseynov“Bədii toxuculuq və xalça sənəti” kafedrasının dosenti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantı Münəvvər Hacıyeva“Bədii toxuculuq və xalça sənəti” kafedrasının dosenti Sonaxanım Nağıyev, “Bədii toxuculuq və xalça sənəti” kafedrasının baş müəllimi Əkbər NağıyevAzərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantı Nazilə Hüseynova çıxış etdilər.

“Azərbaycan xalça sənətinin qorunması və inkişafı” adlı elmi konfransda Şirin Məlikova “Dövlət muzeylərində xalça və tekstil məmulatlarının saxlanma və bərpa problemləri” adlı mühazirəsində muzeyin bərpa şöbəsində görülən işlərdən, nadir xalçaların Vətənə qaytarılması üçün görülən tədbirlərin əhəmiyyətindən danışdı.  Eldar Mikayılzadə “Müasir dövrdə xalça sənətində ənənənin inkişafı” adlı çıxışında əvəzolunmaz sənət incilərimizin tarixindən bəhs etdi: “Təbriz xalçaçılıq məktəbi xalça sənətimizin canı, şimal xalçaçılıq məktəbi isə ruhudur”. Tamilla Məmmədova “Xalça və interyer” adlı tədqiqatında xalçanın qədimdən bu günə qədər interyer tərtibatındakı funksiyasının önəmindən danışdı. Məmmədhüseyn Hüseynov “Xalçaçılıqda varislik problemi” araşdırmasında xalça sənətinin nəsildə-nəsilə ötürülməsindən, xalça ornamentlərinin sistemləşdirilməsi problemi haqqında olduqca dolğun məlumat verdi. Münəvvər Hacıyeva “XX-XXI əsrlərdə Azərbaycan xalçalarında yeni element və kompozisiyaların tətbiqi” adlı çıxışında “xalq çalğı alətləri” adlanan yeni elementlərinin xalçalara tətbiq edilməsiyeni kompozisiyaları yaradılması istiqamətində əhəmiyyətini nəzərə çatdırdı. Sonaxanım Nağıyev Şərq motivlərinin Azərbaycan xalçalarında təzahürü” adlı mühazirəsində müəllifi olduğu “Min bir gecə” xalısı haqqında məlumat verdi.  Əkbər Nağıyev Xalçada bərpa sənəti və müasir dövrdə xalça sənətinin vəziyyəti” adlı çıxışında zərif sənət nümunələrinin dünya mədəniyyət arenasında düzgün təbliğinin vacibliyini vurğuladı. Nazilə Hüseynova “Cənub zonasının xalçaları” adlı tədqiqatında Cənub bölgəsinin xalq sənəti nümunələrinin bədii və texnoloji xüsusiyyətləri haqqında danışdı.

Elmi konfransdan sonra Akademiyanın tələbələrinin əsərlərindən ibarət sərgi keçirildi.