Xəbərlər

18 avq

Xəbərlər

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Dunya xilas olacaq" adlı onlayn sərgi keçirdilib

17 avgust tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında  "Dünya xilas olacaq" adlı onlayn sərgi keçirilmişdir.Sərgidə 69 nəfər iştirak etmiş və 90 iş(əsər) nümayiş olunmuşdur.Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası,Akademiya nəzdində İncəsənət Kolleci və Azərbaycan Dövlət İqtisad Universiteti tələbələrinin birgə layihəsidir.Layihə rəhbəri İncəsənət Kollecinin müəllimi memar və dizayner Fərəh Əmirovadır .Sərginin məqsədi koronavirusa qarsı mübarizəni dəstəkləmək,xəstəlikdən müdafiə üsullarının öyrənmək və bunu cəmiyyətdə yaymaqla insanları maarifləndirməkdir.Sərginin mahiyyəti isə yaradıcı gənclərdə yaranmış boşluğu doldurmaq,pandemiya səbəbindən yeniyetmə və gənclərdə əmələ gələn panik atak,depressiya,stress və müxtəlif fobiyaların qarşısını almaqdır.