Xəbərlər

28 okt

Xəbərlər

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və İstanbul Aydın Universitesinin əməkdaşlığı ilə online sərgi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və İstanbul Aydın Universitesinin əməkdaşlığı ilə təşkil olunan "29 Oktyabr 29 Rəssam" (29Ekim, 29 Sanatçı") adlı Beynəlxalq virtual  sərgisi, Cumhuriyyətin 97-ci ilində  qardaş ölkənin sənətçilərini bir araya gətirir.  Bu tədbir dost ölkələr arasında birlik və həmrəyliyin ən çox tələb olunduğu günlərdə dostluq əlaqələrin möhkəmləndirilməsi və incəsənət sahəsində əməkdaşlığın inkişafı baxımından böyük rol oynayır.
Sərginin baş tutmasında  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektor , professor Səlhab  Məmmədov böyük dəstək oldu.    
Sərgi üçün İstanbul Aydın Universitesinin rektoru professor Yadigar İzmirli, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  professoru Məmmədhüseyn Hüseynov, Azərbaycanın sayılan sevilən müğənnisi Azərin xanım və Muğam ifaçısı Fərqanə Qasımova öz dəyərli sözləri ilə,video çıxışları ilə dəstək  oldular.  
COVID-19 pandemiyası səbəbindən onlayn olaraq təşkil olunan sərgidə heykəltəraşlıq, sulu boya ,yağlı boya və qarışıq texnikada əsərlər sərgilənir. İstanbul Aydın Universitetinin Təlimatçısı Dilek Tezcan və Azərbaycan Dövlət Ressamliq Akademiyasından Lalə Hüseynovanın təşkil etdikləri sərginin qalıcı olaraq ziyarət edilə biləcək. "29 Oktyabr 29 Rəssam" adlı virtual rəsm sərgisini İstanbul Aydın Universiteti və Azərbaycan Dövlət Ressamliq Akademiyasının rəsmi saytlarında www.aydin.edu.tr / www.azra.edu.az ziyarət etmək olar.
Sərgidə iştirak edən gənc rəssamlarımız:
Çinarə Baxşıyeva
Zamik Rzayev,
Tamerlan Mirzəliyev,
Sahib Yaqubov,
Lalə Hüseynova,
Lalə Hüseynzadə,
Fatma Valiev,
Sayalı Məmmədova,
İskəndər Məmmədov,
Məryəm Novruzova,
Elçin Mustafayev əsərləri ilə iştirak etdilər.