Xəbərlər

20 dek

Xəbərlər

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 92 yaşı tamam olur

Görkəmli heykəltəraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 92 yaşı tamam olur. 

adı dünya miqyaslı sənətkarlarla bir sırada çəkilən, “İstiqlal” və “Şərəf” ordenli akademik Ömər Eldarov həyatının 60 ildən çoxunu heykəltəraşlığa həsr edib.

Ömrünün müdriklik çağını yaşayan ustad sənətkar bu gün də tükənməz enerji ilə yeni-yeni əsərlər yaratmaqdadır. Ustad sənətkarımızı anadan olmasının 92-ci ildönümü münasibətilə ürəkdən təbrik edir və ona həyatda ən şirin nemət olan cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.