Xəbərlər

02 apr

Xəbərlər

Azərbaycanın iğid oğlu Samir Kaçayev

Elə günlər var ki, onlar heç vaxt unudulmur. İnsanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır Şəhidlik. Şəhidlər bizim kədərimiz, nisgilimiz, ürək ağrımız olmaqları ilə yanaşı, həm də qürurumuz, fəxrimiz, ölməzliyimiz  və ən əsası örnəyimizdir. Qürur mənbəyimiz olan igid oğullarımızdan biri 2016-cı ilin aprel ayında erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi təxribat nəticəsində başlayan döyüşlərdə qəhrəmancasına şəhid olmuş Samir Kaçayevdir. O, 1994-cü ildə Şamaxının Çuxuryurd kəndində anadan olmuşdur. Sənətə olan həvəsinə görə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) üz tutur. Akademiyanı müvəffəqiyyətlə bitirərək heykəltəraşlıq ixtisasına yiyələnir. Magistraturaya daxil olub, hərbi xidmətə yollanır. 
Müharibələr həmişə dağıdıcı olurlar. Təəssüf...