Xəbərlər

03 iyn

Xəbərlər

Akademiyada təqaüd təgdimati keçirildi

Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respubıika Komitəsinin semestr ərzində tələbələrin əla göstəriciləri və nümunəvi davranışlarına görə təsis etdiyi təqaüdün təgdimatı keçirildi.Tədbirdə ATİAHI Respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə,ADRA tədris işləri üzrə prorektor professor Azad Zeynalov,Ümumi işlər üzrə prorektor Hacı Mayılzadə,ADRA Həmkarlar İttifaqı komitəsinin sədri Emin Ələkbərov,Mətbuat Katibi Fuad Sadıqov,Memarlıq və Dizayn fakültəsinin dekanı Ferhad Əliyev və Dekorativ Tədbiqi Sənət fakültəsinin dekanı İmran Kərimov iştirak edirdi. Tədbirdə təhsil müddətində yüksək nailliyətlər əldə etmiş Memarlıq və Dizayn fakültəsinin İnteryer üzrə dizayner ixtisasının 2 kurs tələbəsi Musayeva Aybəniz Aydın qızı və Dekorativ tədbiqi sənət fakültəsinin Bədii keramika ixtisasının 4 kurs tələbəsi Zeynallı Sevda Şahin qızı ATİAHİ tərəfindən xüsusi təqaüdlə mukafatlandırılıb.