Xəbərlər

02 apr

Xəbərlər

ADRA-da rusiyalı rəssamin sərgisi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində  3 aprel 2019-cu il saat 19:00-da Azərbaycanda “Rusiya mədəniyyəti günləri” çərçivəsində rusiyalı rəssam Şevçenko Nataliya Nikolayevnanın Teatr İlinə həsr olunmuş “Balet” adlı fərdi sərgisi keçiriləcəkdir. 

Tədbir Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi və  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə keçirilir.

Natalya Şevçenko 4 dekabr 1974-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. Rəssam yaradıcılığında “Natan” təxəllüsü ilə tanınır. Natan Astanada keçirilən IV və V Beynəlxalq Rəssamlar Mükafatı laureatıdır. Onun yaradıcılığında rəqs, hərəkət, improvizasiya mövzularına həsr olunmuş əsərlər üstünlük təşkil edir. Rəssamın üslubu onun rəqs və musiqi ilə kompozisiya işində hərəkətin köməyilə rəng və teksturaya təsiri ifadə edir. O, öz üslubunu yaradıcı hərəkətin tamaşaçıya ani təəssüratını təqdim edən, hərəkət və formanı son zaman və məkan mahiyyətində birləşdirən "Moment Art" kimi təsvir edir. Rəssam fəal yaradıcılığa 2014-cü ildə başlamışdır. Natanın əsərləri 32-dən artıq Rusiya və xarici ölkə muzeylərində nümayiş olunur.

“Balet” sərgisi rus və sovet baletinin böyük tamaşa və dahi şəxsiyyətlərinə həsr olunmuşdur. Sərginin əsas məqsədi rus teatr mədəniyyətinin ənənə və nailiyyətlərini nümayiş etdirməkdir. Sərgidə rəssamın 40-dan artıq əsəri nümayiş olunacaqdır.

Sərginin açılış mərasimi 3 aprel saat 19:00-da  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçirilir.

Sərgi 24 aprel tarixinə kimi davam edecəkdir.