Xəbərlər

11 okt

Xəbərlər

ADRA-da “Biz qayıdırıq” adı altında online sərgi keçirilib

Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşərək zəfər, qələbə tarixini yazır. Azərbaycan əsgərinin cəbhədə göstərdiyi mərdlik, şücaət tezliklə bizə böyük qələbə sevinci yaşadacaq. Xalqın Azərbaycan Ordusuna mənəvi dayaq olaraq dəstək göstərməsi vətənpərvərlik hissinin, mənəvi-psixoloji vəziyyətinin mükəmməl səviyyədə olmasından qaynaqlanır.
Ölkəmizdə baş verən bu günki abu-havadan bəhrələnən incəsənət xadimləri da Azərbaycan Ordusunun gücünü və qüdrətini nümayiş etdirən əsərlər yaradırlar. Bu baxımdan Rəssamlıq Akademiyasında “Biz qayıdırıq” adı altında online keçirilən sərgidə Həşim Elçiyev, Etibar Nəzərov, Lalə Abdullayeva, Ülvi Abdullayev, Ağadadaş Qasımov, MirAzər Abdullayev kimi professor-müəllim heyətinin müxtəlif şüarlı plakatları bu qəbildəndir. Plakatın məlumat və təbliğat xarakteri daşıyaraq obrazlı, birbaşa emosional xüsusiyyətə malik olması bu günün abu havasını ifadə edəcək mükəmməl vasitədir. Bu sənət əsərləri bir təbliğat vasitəsi kimi arxa cəbhədə xalqın vətənpərvərlik duyğularının, ruh yüksəkliyinin Şanlı Orduya köklənməsində böyük rol oynuyur.