Xəbərlər

18 mar

Xəbərlər

Əməkdar rəssam Arif Ələskərovun anadan olmasının 75 illiyi

Əməkdar rəssam Arif Məmmədhüseyn oğlu Ələsgərovun 

anadan olmasının 75 illiyi münasibətilə

 

Hörmətli Arif müəllim!

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi və professor-müəllim heyəti Sizi 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları diləyir.

Azərbaycan təsviri sənətində əvəzedilməz xidmətləri olan bir sənətkar olaraq respublika və beynəlxalq miqyaslı sərgilərdə fəal iştirak edərək bir çox mükafatlara layiq görülmüsünüz. Milli qrafika sənətini qürurla təmsil edən əsərləriniz Azərbaycan incəsənətinin “Qızıl fondu”na daxildir və bir çox fondlarda, muzeylərdə, qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılmaqdadır.       

Daim yaradıcılıq axtarışlarında olan bir sənətkar olaraq  Azərbaycan incəsənətinin təbliğində fəal iştirak edirsiniz və bu əvəzedilməz xidmətlərinizə görə 1992-ci ildə Əməkdar rəssam xri adına layiq görülmüsünüz.

Sizin təsviri sənətin inkişafında öz töhfələrini əsirgəməyən və bu sahədə kadr hazırlayan bir mütəxəssis kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Dizayn” kafedrasının və Türkiyə Cümhuriyyətinin Trabzon şəhərində Karadeniz Teknik Universitetində Rəssamlıq fakültəsinin yaradılmasında böyük xidmətləriniz olmuşdurYaradıcılığınızla yanaşı pedaqoji fəaliyyətinizdə tələbələrə sənətin incəliklərinin qavranılması üçün etdiyiniz müəllim təəssübkeşliyiniz danılmazdır. 

Hörmətli Arif müəllim!

Biz, Sizə möhkəm cansağlığı, xoş ovqat, firavanlıq və çoxşaxəli mik Ö.H.Eldarov